İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub

İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub
# 08 sentyabr 2016 02:34 (UTC +04:00)

Bakı-APA. İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

“İsrail Hərbi-Hava Qüvvələri Suriya ordusunun Qolan yüksəkliyindəki mövqelərini atəşə tutub”, İsrail ordusunun nümayəndəsi bildirib.

Qeyd olunur ki, bundan əvvəl İsrailin nəzarətindəki Qolan yüksəkliyi Suriya ərazisindən qumbaraatanlardan atəşə tutulub. “İsrail ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək”, İsrail ordusunun nümayəndəsi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR