Bütün teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib - YENİLƏNİB

Bütün teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib - <span style="color: red;">YENİLƏNİB
# 06 dekabr 2015 11:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə ölkə ərazisində matəm elan edilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həmçinin, Nizami Kino Mərkəzində də bütün filmlərin yayımı dayandırılıb.

Qeyd edək ki, 6 dekabrın matəm günü elan olunması barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

***

saat 13.45


Bakı-APA. Nizami Kino Mərkəzi bu gün bütün filmlərin nümayişini dayandırdığını bildirib.

Mərkəzdən APA-ya daxil olan məlumatda qeyd olunub ki, buna səbəb “Günəşli” platformasında baş vermiş faciə ilə əlaqədar ölkədə matəm günü elan olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR