Həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

Həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub
# 07 oktyabr 2016 10:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Famil Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Əhmədov münaqişə zəminində həyat yoldaşını Ülviyyə Əhmədovanı qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120-ci( qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR