Son 4 ildə Rusiyadan 120 min qanunsuz miqrant deportasiya edilib

Son 4 ildə Rusiyadan 120 min qanunsuz miqrant deportasiya edilib
# 06 yanvar 2016 14:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Son 4 ildə Rusiyadan 120 min nəfərə yaxın qanunsuz miqrant deportasiya edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Məhkəmə Pristavları Federal Xidmətinin nümayəndəsi Oksana Pulina bildirib.

O, 2015-ci ildə Rusiyadan deportasiya edilən qanunsuz miqrantların sayının ötən illə müqayisədə azaldığını söyləyib: "2014-cü ildə 35100 nəfər qanunsuz miqrant deportasiya edildiyi halda, keçən il bu rəqəm 31 min 800 nəfər olub".

Qanunsuz miqrantların Rusiyadan deportasiya edilməsi ilə bağlı qanunun 2012-ci il yanvarın 1-dən qüvvəyə mindiyini xatırladan Federal Xidmət nümayəndəsi 4 il ərzində 120 min nəfərə yaxın qanunsuz miqrantın ölkə ərazisindən çıxarıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR