Göyçayda mağaza və ödəniş terminalından pul oğurlanıb

Göyçayda mağaza və ödəniş terminalından pul oğurlanıb
# 13 avqust 2016 08:28 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda oğurluq hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb. Naməlum şəxslər ərzaq mağazasının qapısını sındıraraq içəri daxil olublar və oradan pul, ərzaq malları oğurlayıblar. Oğrular mağazadakı “eManat” nağd ödəniş terminalını sökərək onun içərisində olan pulları da götürüblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR