İlin əvvəlindən Rusiyadan Azərbaycana səfər edənlərin sayı açıqlanıb

İlin əvvəlindən Rusiyadan Azərbaycana səfər edənlərin sayı açıqlanıb
# 08 sentyabr 2016 07:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin birinci rübündə xaricə səfər edən Rusiya vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% azalaraq 13,2 mln. nəfər təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin açıqlamadığı rəqəmlərdən məluma olur.

Rusiya vətəndaşlarının ən çox səfər etdiyi istiqamətlər arasında Finlandiya (1,26 mln. nəfər), Qazaxıstan (1,25 mln. nəfər), Ukrayna (816 min nəfər), Çin (712 min nəfər), Estoniya (698 min nəfər), Polşa (581 min nəfər), Almaniya (468 min nəfər), Tailand (441 min nəfər), İspaniya (321 min nəfər).

Rusların ən çox səfər etdiyi ölkələr arasında Azərbaycan da var. Hesabat dövründə şimal qonşumuzdan ölkəmizə 267 min nəfər səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR