Qaradağda yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb, sakinlər təxliyə olunub

Qaradağda yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb, sakinlər təxliyə olunub
# 17 yanvar 2016 14:49 (UTC +04:00)

Bakı – APA. Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və mənzillərdən 20 sakin təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR