BANM-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilir

BANM-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilir
# 25 aprel 2016 09:26 (UTC +04:00)

Bakı-APA. Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransı keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edir. BANM-in rektoru Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu deyib.

Tədbirdə energetika naziri Natiq Əliyev “Xəzər regionunu: yeni iqtisadiyyat, yeni siyasət və regional əməkdaşlıq aspektində meqalayihələr” mövzusunda məruzə ilə çıxış edib.

Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edəcək. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR