Prezident İlham Əliyev Mingəçevirdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub

Prezident İlham Əliyev Mingəçevirdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub
# 21 sentyabr 2016 17:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı görülən işləri əks etdirən stendlərə baxıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR