Qayıqdan Kürə düşən şəxs xilas edilib

Qayıqdan Kürə düşən şəxs xilas edilib
# 09 oktyabr 2016 09:39 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 10:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR