Bir qrup müxalifət partiyası “anti-böhran koalisiyası” yaradıb

Bir qrup müxalifət partiyası “anti-böhran koalisiyası” yaradıb
# 03 fevral 2016 12:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) mərkəzi qərargahında bəzi müxalifət partiyası sədrlərinin toplantısı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, toplantıda Azərbaycanda neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranan iqtisadi vəziyyət müzakirə olunub və “anti-böhran koalisiyası”nın yaradılması barədə razılaşma əldə edilib.

Koalisiyaya VİP, "Ağ Blok", Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası və Dünyəvi Bozqurd Partiyası daxildir.


Azərbaycan Demokrat Partiyası (ADP) isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR