SOCAR ötən ay ərazində həyata keçirilən qazma işlərinin həcmini açıqlayıb

SOCAR ötən ay ərazində həyata keçirilən qazma işlərinin həcmini açıqlayıb
# 03 dekabr 2015 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cari ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 5 402 metr qazma işi həyata keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 97725 metr qazma işi görülüb ki, bunun da 96725 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, noyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 63 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR