“Elm haqqında” qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq

“Elm haqqında” qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq
# 17 fevral 2016 09:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyində dəyişiklik olub.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə “Elm haqqında” qanun layihəsinin də ikinci oxunuşda müzakirəsi əlavə edilib. Bununla iclasın gündəliyinə 6 məsələ salınıb. Bundan əvvəl gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən MM sədrinin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-hüquq Şurasına üzv təyin edilməsi barədə qərar layihəsi, Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR