Yelisey sarayına kiber-hücumu ABŞ-ın təşkil etdiyi üzə çıxıb

Yelisey sarayına kiber-hücumu ABŞ-ın təşkil etdiyi üzə çıxıb
# 04 sentyabr 2016 15:05 (UTC +04:00)

Bakı-APA. Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) texniki direktoru Bernar Barbiye 2012-ci ildə Yelisey sarayına kiber-hücumun arxasında ABŞ-ın durduğunu bəyan edib.

APA-nın “Monde” nəşrinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Fransa prezidenti olduğu dönəmdə Nikola Sarkozinin köməkçisinin kompüterinə kiber-hücumda ABŞ-ın rolu olduğu sübut edilməyib.

Kiber-hücum 2012-ci ilin mayında, prezident seçkisinin iki turu arasındakı dövrdə olub. B. Barbiye deyib ki, Yelisey sarayının informasiya təhlükəsizliyinə cavabdeh olan şəxs onlardan yardım istəyib: “Biz kompüterdə zərərli proqram aşkarladıq və bu nəticəyə gəldik ki, bunun arxasında ancaq ABŞ ola bilər. Mən Nikola Sarkozinin varisi Fransua Ollandın göstərişi ilə ABŞ-a səfər etdim. NASA-nın sabiq direktoru Kit Aleksander görüşümüzdə narazı qaldı. Biz avtobusda olarkən mənə dedi ki, məyusdur, çünki bizim onları heç vaxt müəyyənləşdirə bilməyəcəyimizi düşünüblər. Bununla belə, bizim yaxşı fəaliyyət göstərdiyimizi söylədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR