İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib

İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib
# 29 dekabr 2015 12:00 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.

“Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraq ərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR