Göyçayda lisenziyası və digər sənədləri olmayan yuyucu tozların istehsalı və satışı ilə məşğul olan şəxs saxlanılıb

Göyçayda lisenziyası və digər sənədləri olmayan yuyucu tozların istehsalı və satışı ilə məşğul olan şəxs saxlanılıb
# 19 may 2016 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göyçayda lisenziyası və digər sənədləri olmayan yuyucu tozların istehsalı və satışı ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çayarxı kəndində şəhər sakini Mehman Məmmədova məxsus həyətyanı sahədəki anbarda lisenziya və digər rəsmi sənədləşmə, eləcə də keyfiyyət sertifikatları olmayan müxtəlif çeşidli yuyucu vasitələrin istehsalı və satışı ilə məşğul olması müəyyən edilib. Oradan 4900 ədəd üzərində “Palma” əmtəə nişanı olan yuyucu vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR