Ağdaşda yaşayış evi yanıb

Ağdaşda yaşayış evi yanıb
# 21 dekabr 2015 06:24 (UTC +04:00)

Bakı-APA. Bu gecə Ağdaş rayonu, Qarağan Sədi kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xənbərinə görə, evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR