"Atletlər kəndi"ndəki qəza ilə bağlı məhkəmədə təqsirləndirilənlər son söz deyiblər - YENİLƏNİB

"Atletlər kəndi"ndəki qəza ilə bağlı məhkəmədə təqsirləndirilənlər son söz deyiblər - <span style="color: red;">YENİLƏNİB
# 16 sentyabr 2016 16:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Elçin Həsənov son söz deyib. O, günahının olmadığını və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses sentyabrın 19-da davam edəcək.

***

13:13

Bakı. Şəhriyar Əlizadə – APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə hakim bildirib ki, prokuror Eldar Həmzəyev məzuniyyətdə olduğundan onu prokuror Mübariz Mirili əvəzləyir. İclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Bildiriblər ki, heç bir günahları yoxdur.

Proses bu gün saat 17.00-da davam etdiriləcək.

Dövlət ittihamçısı Vəli Əhmədovun 3 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli müəssisədə çəkməsini, Hüseyn Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi.

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F. Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR