Göygöl şəhərində yaşayış evində partlayış baş verib, xəsarət alan var

Göygöl şəhərində yaşayış evində partlayış baş verib, xəsarət alan var
# 17 mart 2016 05:59 (UTC +04:00)

Bakı-APA. Bu gecə Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 100 kv.m olan) 6 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə bir nəfər xəsarət alıb. Yanğın hadisəsi baş verməyib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR