Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb

Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb
# 17 mart 2016 13:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Gəncə şəhər İnternat tipli futbol təmayüllü gimnaziya daxil edilib.

Akkreditasiya və Nostrifikasiya İdarəsi isə Təhsil Nazirliyinin tabeliyində olan təşkilatlar sırasına daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR