Şərur sakini arvadını döyərək öldürüb

Şərur sakini arvadını döyərək öldürüb
# 19 iyul 2016 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Naxçıvanda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Şərur rayonu Oğlanqala kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Vəli Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı 1989-cu il təvəllüdlü Cavidə Məmmədovanı döyüb. Xəstəxanaya yerləşdirilən C. Məmmədova orada ölüb.

Hadisəni törədən V.Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR