Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib

Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib
# 22 yanvar 2016 12:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir M. İbrahimbəyovun yaşadığı evdə keçirilib.

Nazir Ə. Qarayev M. İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. O, M. İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR