Gürcüstan hökuməti turistlərin sayını 11 milyona çatdırmaq niyyətindədir

Gürcüstan hökuməti turistlərin sayını 11 milyona çatdırmaq niyyətindədir
# 15 aprel 2016 02:49 (UTC +04:00)

Bakı-APA. “İqtisadiyyat Nazirliyinin hazırladığı yeni strategiyaya əsasən, Gürcüstanda turistlərin sayı 11 mln nəfərə çatdırılmalıdır”. APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Tiflisdə beynəlxalq turizm sərgisinin açılış mərasimində çıxışı zamanı Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili deyib.

“Bizim hazırladığımız turizmin inkişaf strategiyasına əsasən, ölkəyə gələn xarici turistlərin sayı 5.9 mln nəfərdən 11 mln nəfərədək çatdırılmalıdır”, - deyə nazir bildirib.

Qeyd edək ki, Tiflisdə açılan beynəlxalq turizm sərgisində Estoniya, Latviya, Belarus, Türkiyə, İndoneziya, Qazaxıstan, Tailand və Ukrayna daxil olmaqla 68 ölkə və təşkilat iştirak edir.

Beynəlxalq sərgi aprelin 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR