ABŞ-da zavodda atışma nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb

ABŞ-da zavodda atışma nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb
# 26 fevral 2016 03:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kanzas ştatının Xesston şəhərində yerləşən müəssisələrin birində atışma baş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qazon biçən qurğuların istehsalı zavodunda çalışan fəhlələrdən biri həmkarlarına atəş açması nəticəsində azı 4 nəfər ölüb, 20-dək işçi yaralanıb. Məlumata görə, atəş açan şəxs öldürülüb. Ölən və yaralananların sayı dəqiqləşdirilir. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR