Abşeron və Ağdamda oğurluq edən şəxslər saxlanılıb

Abşeron və Ağdamda oğurluq edən şəxslər saxlanılıb
# 22 avqust 2016 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron və Ağdamda oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon sakinləri Vicay Babayevə və Esmiralda Nuriyevaya məxsus qaz sayğaclarını oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Sənan Abbasov tutulub.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 2-də rayon sakini Rakif Hüseynova məxsus mağazadan 73 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Rəsul İsmayılzadə saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR