Bakıda üç avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, beş nəfər xəsarət alıb

Bakıda üç avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, beş nəfər xəsarət alıb
# 12 avqust 2016 09:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi “Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi “Opel” və Süleyman Novruzlunun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin bir sərnişini, M.Abbasov və üç sərnişini, habelə S.Novruzlu və iki sərnişini xəstəxanaya yerləşdirilib.

Onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR