Hacıqabulda 2 yük maşını toqquşub, bir nəfər xəsarət alıb

Hacıqabulda 2 yük maşını toqquşub, bir nəfər xəsarət alıb
# 16 avqust 2016 02:15 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda iki yük maşınının toqquşması nəticəsində sürücülərdən biri yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 3.30 radələrində Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvllüdlü Dünyamalıyev Elgün Etibar oğlunun idarə etdiyi daşla yüklənmiş “KamAz” markalı avtomobil digər “KamAz” markalı avtomobiliə çırpılıb. Nəticədə kabində sıxılıb qalan E.Dünyamalıyevi Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarıb. Yaralı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR