Qasırğa Tovuzda 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğına səbəb olub

Qasırğa Tovuzda 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğına səbəb olub
# 28 avqust 2016 09:43 (UTC +04:00)

Bakı-APA. Avqustun 27-də axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava və yağış Tovuzda fəsadlar törədib.

APA-nın məlumatına görə, təbii fəlakət nəticəsində rayon mərkəzində beşmərtəbəli yaşayış binasının dam örtüyü uçub.

İri bir ağac kökündən qoparaq Bakı–Qazax magistral yoluna düşüb. Rayonun kəndlərində evlərin dam örtüklərinə, eləcə də elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib. Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın baş verib. Hazırda ətraf kəndlərin elektrik enerjisi ilə təmin olunması üçün iş görülür.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR