Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb
# 10 noyabr 2015 09:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 60-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-110 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 158 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 193 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Noyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 11, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Şirvanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2014-cü il noyabrın 10-da 336 sm), Şirvanda 325 sm (2014-cü il noyabrın 10-da 187 sm), Salyanda 291 sm (2014-cü il noyabrın 10-da 150 sm), Bankədə 221 sm (2014-cü il noyabrın 10-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 175 sm (2014-cü il noyabrın 10-da 80 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR