Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi işə başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi işə başlayıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 noyabr 2015 12:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi işə başlayıb. APA-nın məlumatına görə, sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan əlilliyi olan şəxslərlə bağlı siyasətini müasir dünyanın qabaqcıl təcrübəsi, habelə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əksini tapan yanaşmalar əsasında qurub. Bu gün ölkədə əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlər, eləcə də hazırkı sərgi-müsabiqə bu insanların cəmiyyətin həyatında bərabər iştirak imkanlarının, onların cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılmasına, istedadlarının aşkara çıxarılmasına və dəstəklənməsinə yönəlib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, 2004-cü ildən etibarən sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə artırılıb. Eyni zamanda, müharibə əlillərinə 2008-ci ildən ödənilən prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə bu təbəqədən olan I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib.

Qeyd olunub ki, sərgi-müsabiqədə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə 762 əl işi nümayiş etdirilir.

Sərgi-müsabiqə noyabrın 26-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR