Nalbandyan Fransaya səfər edəcək

Nalbandyan Fransaya səfər edəcək
# 10 may 2016 16:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 12-də Fransaya işgüzar səfər edəcək.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın XİN-in məlumatında deyilir. Səfər çərçivəsində E. Nalbandyanın Fransa xarici işlər naziri Jan Mark Eyro və digər yüksək səviyyəli rəsmilərlə görüşləri gözlənilir. Görüşlər zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR