Bakıda avtobus 86 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtobus 86 yaşlı qadını vuraraq öldürüb
# 14 dekabr 2015 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 13-ü saat 06:25 radələrində Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi «Daewoo» markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurub. O aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR