Gürcüstanın baş naziri azərbaycanlı tələbələrlə görüşüb - FOTOSESSİYA

Gürcüstanın baş naziri azərbaycanlı tələbələrlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 21 mart 2016 13:16 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəsm qalereyasında ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir azərbaycanlı tələbələr qarşısında çıxış edərək Novruz bayramı münasibəti ilə onları təbrik edib, təhsildə və həyatda uğurlar arzulayıb.

Baş nazir görüşdəki çıxışında azərbaycanlı tələbələrin təhsildə əldə etdikləri uğurlardan məmnun qaldığını bildirib. Onun sözlərinə görə, ölkənin azərbaycanlı vətəndaşları olan azərbaycanlılar yaşadıqları ölkənin inkişafına və dövlətçiliyinin möhkəmləndirilməsinə çalışırlar. Baş nazir Gürcüstan hökumətinin təhsil nazirliyi ilə birlikdə həyata keçirdiyi 4+1 proqramının uğurlarından, həmçinin hökumətin planlaşdırdığı təhsil islahatlarından, iqtisadiyyat, səhiyyə və regionun inkişafı üçün həyata keçirilən planlardan danışıb.

Sonda baş nazir təhsil, səhiyyə, mədəniyyət və digər sahələr ilə bağlı azərbaycanlı tələbələrdən Murad Muradovun, Nərminə hüseynovanın və digər tələbələri maraqlandıran sualları cavablandırıb. Görüşdə ölkənin baş naziri dövlət dilini öyrənməyin vacibliyini vurğulayıb.

Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, təhsil naziri Tamar Sanikidze, Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili və başqa rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, bundan əvvəl baş naziri G. Kvirikaşvili Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Marneuli rayonunda Novruz bayramı şənliyində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR