Gəlinini öldürən qayınatanın məhkəməsi başlayıb

Gəlinini öldürən qayınatanın məhkəməsi başlayıb
# 24 dekabr 2015 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası dekabrın 28-ə təyin edilib.

Qeyd edək ki, iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR