Somalidə otelə hücum zamanı 15 nəfər ölüb, 25 nəfər yaralanıb

Somalidə otelə hücum zamanı 15 nəfər ölüb, 25 nəfər yaralanıb
# 25 iyun 2016 21:49 (UTC +04:00)

Bakı-APA. Somali polisi “Əş-Şəbab” terrorçularının Moqadişoda otelə hücumu nəticəsində 15 nəfərin öldüyünü, 25 nəfərin yaralandığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananların əksəriyyəti təsadüfən yoldan keçən şəxslər, yaxınlıqdakı dükanların və yanacaq doldurma məntəqəsinin müştəriləri olub.

Polisin məlumatına görə, silahlılarla atışma hələ də davam etdirilir.

Terrorçular tərəfindən ölən və yaralananlar barədə məlumat verilmir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR