Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
# 15 aprel 2016 10:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aprelin 16-sı axşam, 17-də gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR