Con Kerri Böyük Britaniya və Fransaya səfər edəcək

Con Kerri Böyük Britaniya və Fransaya səfər edəcək
# 06 may 2016 02:50 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri 8-12 may tarixlərində Fransaya və Böyük Britaniyaya səfər edəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

Parisə 9-10 may tarixlərində baş tutacaq səfəri zamanı Kerri Fransa XİN rəhbəri Jan-Mark Eyro ilə görüşəcək. Görüşdə Suriya və Ukrayna məsələləri müzakirə ediləcək.

Böyük Britaniyaya isə səfər 10-12 may tarixlərində baş tutacaq. Burada Kerri antikorrupsiya forumunda iştirak edəcək və Oksford Universitetinə baş çəkəcək. Həmçinin Böyük Britaniya XİN rəhbəri Filip Xammond ilə danışıqlar nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR