Bakıda “Mercedes”, Göyçayda isə 2 otaqlı ev yanıb

Bakıda “Mercedes”,  Göyçayda isə 2 otaqlı ev yanıb
# 15 mart 2016 23:22 (UTC +04:00)

Bakı-APA. Bakıda və Göyçayda yanğın hadisələri qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış “Mercedes” markalı minik avtomobilinin mühərriki, qabaq lövhəsi və buferi yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunmuşdur.

Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 124 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR