Manat avro və dollara qarşı ucuzlaşmaqda davam edir

Manat avro və dollara qarşı ucuzlaşmaqda davam edir
# 29 iyul 2016 07:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 28-i ilə müqayisədə 0,2% artaraq 1,5851 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,7564 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə enib.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,32% artaraq 0,5260 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0893 manatdır. Beləliklə, funt sterlinq də 0,24%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,22% azalaraq 0,6731 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR