Kerri: Münaqişə tərəflərinin hamısı Minsk sazişinin icra olunmasına görə məsuliyyət daşıyırlar

Kerri: Münaqişə tərəflərinin hamısı Minsk sazişinin icra olunmasına görə məsuliyyət daşıyırlar
# 16 dekabr 2015 02:54 (UTC +04:00)

Bakı-APA. Ukraynada münaqişə tərəflərinin hamısı Minsk sazişinin icra olunmasına görə məsuliyyət daşıyırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri bildirib.

“Biz hesab edirik ki, Minsk sazişinə uyğun olaraq, münaqişə tərəflərinin hamısı üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Biz hələ çox işlərin görülməli olduğunmu bilirik”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR