Azərbaycanda KİV-in yayımını dayandıra biləcək daha bir tərəf müəyyənləşdirilir

Azərbaycanda KİV-in yayımını dayandıra biləcək daha bir tərəf müəyyənləşdirilir
# 23 dekabr 2015 10:06 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsinə əlavə təklif edilib.

Əlavəyə əsasən, kütləvi informasiya vasitəsinin istehsalı və yayımının müvəqqəti dayandırılması, yaxud ona xitam verilməsi təsisçinin, məhkəmənin qərarından başqa, “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio sahəsində müvafiq dövlət orqanının qərarı ilə də mümkün olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR