İstehlak üçün yararsız olan 1200 kiloqram ət məhsulları zərərsizləşdirilib

İstehlak üçün yararsız olan 1200 kiloqram ət məhsulları zərərsizləşdirilib
# 03 fevral 2016 21:10 (UTC +04:00)

Bakı-APA. Yanvarın 24-də Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirdikləri 1100 kq-dan artıq mənşəyi məlum olmayan ət məhsulları aşkarlanaraq zərərsizləşdirilmişdi.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında (içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılıblar.

Avtomaşın "Baytarlıq şəhərciyi" nə gətirilib, hissələrə ayrılmış heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub. RBL-nın ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunmuşdur. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq cəmdəklər fevralın 3-də Sabunçu rayonu Balaxanı Qəsəbəsi İcra Nümayəndəliyinin ayırdığı məişət tullantılarının zərərsizləşdirlməsi üçün nəzərdə tutulan xüsusi ərazidə KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR