Nazir: “Gələn il uşaq ədəbiyyatının çapına daha çox üstünlük verəcəyik"

Nazir: “Gələn il uşaq ədəbiyyatının çapına daha çox üstünlük verəcəyik"
# 22 dekabr 2015 15:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq, Azərbaycanda uşaq kitablarına xüsusi maraq var”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Firidun Köçərli adın Uşaq Kitabxanasının 50 illik yubiley tədbirində deyib. Nazirin sözlərinə görə, rəhbərlik etdiyi dövlət qurumunun fəaliyyətinin prioritet istiqamətlərindən biri də kitabxana sisteminin işini müasir tələblər səviyyəsinə çatdırmaqdır:

“Bunun üçün ölkəmizdə elektron kitabxana sisteminin inkişafı üçün müvafiq addımlar atılır. Bu il bizə uşaq kitablarının nəşr olunması üçün çox müraciətlər olub. Bunu nəzərə alaraq, gələn il nəşr edəcəyimiz kitabların sırasında uşaq ədəbiyyatına daha çox üstünlük verəcəyik. Biz uşaqlarımızın gələcəyini təmin etmək üçün onlarda kiçik yaşlarından kitaba marağı oyatmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR