Milli Kitabxanada “Unudulmaz bəstəkar-Qara Qarayev” kitab sərgisi açılıb

Milli Kitabxanada “Unudulmaz bəstəkar-Qara Qarayev” kitab sərgisi açılıb
# 05 fevral 2016 08:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada görkəmli bəstəkar Qara Qarayevin anadan olması münasibətilə “Unudulmaz bəstəkar-Qara Qarayev” adlı kitab sərgisi açılıb.

Kitabxanadan APA-ya verilən məlumata görə, sərgidə müəllifin not-musiqi əsərləri, haqqında yazılmış kitablar, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında söylədiyi fikirlər nümayiş olunur.

Sərgidə eyni zamanda Azərbaycan, rus və digər dillərdə ədəbiyyat sərgilənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR