“Reuters”: Rusiya Türkiyədəki Akkuyu AES-in tikintisini dayandırıb

“Reuters”: Rusiya Türkiyədəki Akkuyu AES-in tikintisini dayandırıb
# 09 dekabr 2015 15:31 (UTC +04:00)

Bakı – APA. Rusiya Türkiyənin ilk Atom Elektrik Stansiyasının tikintisini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Türkiyə hökumətində enerji sahəsi ilə məşğul olan mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, layihəni həyata keçirən Rusiyanın “Rosatom” şirkəti müqaviləni ləğv etməyib və ağır təzminat şərtləri ilə əlaqədar sənədi birtərəfli ləğv etmək istəmir. Lakin Ankara artıq layihə üzrə potensial tərəfdaşları nəzərdən keçirməyə başlayıb.

“Rosatom”dan məsələ barədə şərh verməyiblər. “RİA Novosti” və TASS-ın mənbələri isə “Rosatom”un törəmə şirkəti “Akkuyu”nun öz işini davam etdirdiyini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR