Türkiyədə PKK-çıların hücumu nəticəsində 4 hərbçi və 1 polis əməkdaşı ölüb

Türkiyədə PKK-çıların hücumu nəticəsində 4 hərbçi və 1 polis əməkdaşı ölüb
# 15 aprel 2016 19:34 (UTC +04:00)

Bakı-APA. Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 4 hərbçi ölüb, 2-si yaralanıb.

Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Şırnak vilayətində isə PKK terrorçularına qarşı davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR