Azərbaycanda maliyyə yardımı ayrılmış dini icmaların sayı açıqlanıb

Azərbaycanda maliyyə yardımı ayrılmış dini icmaların sayı açıqlanıb
# 17 may 2016 10:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı 27 noyabr 2014-cü il tarixli sərəncamına əsasən, 19-u qeyri-islam, 68-i isə islam dini icması olmaqla 2015-ci il ərzində 87 dini icmaya maliyyə yardımı ayrılıb”. APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ildəki hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, ayrılmış maliyyə vəsaiti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hesabat ili ərzində icmalar tərəfindən dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR