Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 28 may 2016 11:40 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə yolun 398-ci kilometrliyində, Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”ın sərnişini xəsarət alıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR