Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

 Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 20 aprel 2016 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə H.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Həsənov pensiya kartı düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR