Qəbələdə qanvermə aksiyası keçirilib

Qəbələdə qanvermə aksiyası keçirilib
# 12 noyabr 2015 08:21 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ Mərkəzi Rayon Xəstəxanasında müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik məqsədilə qanvermə aksiyası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər. Tədbirdə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə edib və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlayıblar.

Könüllü qan vermək üçün müraciət edən 247 nəfərin hər birindən 200 qram qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır. Yerli sakinlər bu cür xeyirxah tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR